SOCAR prezidenti Total şirkətinin baş icraçı direktoru ilə görüşdü


SƏNAYE VƏ ENERGETİKA 05 iyn 2021, 23:59
İyunun 5-də Rusiyanın Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə SOCAR və “Total” şirkətlərinin həyata keçirdiyi birgə layihələr və mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Total şirkəti Bakı-Tblisi-Ceyhan neft boru kəmərinin səhmdarlarından biridir və Azərbaycanda “Abşeron” yatağının işlənməsində iştirak edir. 

Abşeron Petroleum Birgə Əməliyyat Şirkətinin (JOCAP) səhmləri SOCAR Absheron (50%) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb.


Demokrat.az
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top