"İlqar Məmmədov ağlasığmaz təhqirinə görə xalqdan üzr istəməlidir” - Eldar Sabiroğlu

GÜNDƏM 04 yan 2019, 11:43
“Bu İlqar Məmmədov özünu nə hesab edir? Xalqı təhqir etmək haqqını kim ona verib?”.

Demokrat.Az xəbər verir ki, bunları Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu “Real” Partiyasının sədri İlqar Məmmədovun sosial şəbəkədə yazıb, sonra sildiyi qalmaqallı statusla bağlı fikirlərini bildirərkən deyib.

Xatırladaq ki, İ.Məmmədovun sözügedən statusunda irəli sürdüyü bəzi “tövsiyyələr” və müqayisə bir çoxları tərəfindən Azərbaycan xalqına təhqir kimi qiymətləndirilib.

“Şimali Koreyada insan haqları problemi bilirsiz nədən ibarətdir? Orada siyasi məhbus problemi bizdəki formada yoxdur. Doğrudan da ağlı başında olan adam artıq onilliklərdir ki, müxalifətçilik etməz, başını aşağı salıb bir parça çörəyini yeyər. Şimali Koreyada problem başqadır: polis küçədə qəşəng qadın görəndə aparır özü ilə əylənməyə. Cürətin var, etiraz elə! Azərbaycan kütləvi qorxu atmosferi baxımından daha da sürətlə koreyalaşır deyə cinsi ehtiyacları yüksək olan gənc oğlanlara indidən polisə yazılmağı tövsiyə edərdim, gözəl qadınlara isə ölkəni tezliklə tərk etməyi. Ya da gəlin qarşıdan gələn seçkidə YAP-ı darmadağın edək, şimali-koreyalaşmayaq”, - partiya sədri bir neçə saat sonar sildiyi qalmaqallı statusunda yazıb.

E.Sabiroğlu “Real” sədrinin bu yerinə düşməyən müqayisə və anlaşılmaz “tövsiyyəsinə” görə onu sərt şəkildə qınayıb.

Sitat: “Ataların gözəl sözü var: “Özü özünə eləyənə el yığılsa edə bilməz”. Partiyasındakı savadlı, yüksək hüquqi, iqtisadi, politoloji biliyi olan şəxslər onun rəhbərliyi altında necə duruş gətirirlər, çox qəribə və maraqlıdır. Onlar öz sədrlərindən bu təhqirin izahatını istəməlidirlər. Təəssüf ki, şəxslərinə böyük hörmət etdiyim REAL-çılar susurlar.

Obyektivlik naminə deməliyəm ki, İlqar Məmmədovun yerinə bir iqtidar adamı bu cür biabırçı hərəkətə, təhqiramiz əmələ yol vermiş olsaydı, sosial şəbəkələrdə onu yaş yuyub quru sərərdilər. Bu yerdə siyasi partiya rəhbərlərinin səslərini çıxartmamaları da təəccüb yaradır. İlqar Məmmədov ağlasığmaz təhqirinə görə xalqdan mütləq üzr istəməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top