Neftçalanın gənc icra başçısı 18 minlik müqavilə imzaladı


GÜNDƏM 24 may 2021, 10:40
Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala Şəhər İnzibati Ərazi Nümayəndəliyi “Fotret-So” MMC ilə maliyyə dəyəri 18 000 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb. 

Müqavilədə küçələrin işıqlandırılması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Fotret-So” MMC-nin 22 fevral 2021-ci ilə tarixdə qeydiyyata alındığı göstərilir. 

Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı Şəhəri Xətai rayonu, Babək prospekti, ev 79, mənzil 32-də yerləşən MMC-nin qanuni təmsilçisi Nəzərov Məmmədbağır Vüqar oğludur. 

Açıq mənbələrdə nə “Fotret-So”, nə də Məmmədbağır Nəzərov haqqında məlumat var. Bu, şirkətin yeni yaranması ilə bağlı ola bilər. Reyestr sənədlərindən də görünür ki, şirkət cəmi 2 aydır yaradılıb və satınalma müsabiqələrində iştirak etməyib. 

Hər halda dövlət satınalmalarının vahid internet portalında “Fotret-So” MMC-nin bundan əvvəl tenderdə iştirakına dair hər hansı bilgi yoxdur. 

“Dövlət satınalmaları haqqında” Qanuna görə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacibdir. Cəmi iki ayın şirkətinin bu tələblərə cavab verdiyi inandırıcı görünmür.(hit.az) 

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 08:30
Top