İrəvan hansı vədini icra etmədi ki, Bakı terrorçuları vermədi?


GÜNDƏM 09 apr 2021, 22:22
Azərbaycan tərəfinin cavabını gözləmədən erməni əsirlərin olduğu təyyarənin İrəvanın Erebuni hava limanına enəcəyini rəsmən təsdiqləmək hansı arxayınlıqdan yaranır, anlamaq çətindir. Yəqin ki, enən təyyarənin boş olduğunu görəndə erməni rəsmilər 44 günlük müharibədə uğradıqları məğlubiyyət qədər şok keçiriblər.

Demokrat.az bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Paşinyanın Azərbaycanın dekabrda yaxaladığı erməni terrorçularla bağlı gedişi “riskli qumar”dan başqa bir şey deyil:

“Məsələ ondadır ki, Azərbaycan tərəfi saxlanılan bütün hərbi əsirləri Ermənistana təhvil verdiyini açıqca elan edib. Bu gün Ermənistan baş nazirinin bizdən istədiyi şəxslər hərbi əsir statusuna malik deyil. Bu şəxslər DTX-nın dekabrda yaxaladığı erməni terrorçulardır. Yəni bu şəxslər 44 günlük müharibə zamanında deyil, müharibədən sonra saxlanılıb. Onların hətta Qarabağa 2020-ci il noyabrın 26-da Şirakdan gəldiyi təsdiqlənib. Yəni müharibənin bitməsindən 16 gün sonra. Buna görə də bu şəxslər heç bir halda hərbi əsir sayıla bilməz və onların aqibəti barədə yekun qərarı rəsmi Bakı verəcək.

Ümumiyyətlə, Muradovun təyyarəsinin məhz indi Bakıya gəlməsi olduqca maraqlıdır. Proseslərin ardıcıllığı – 7 apreldə Nikol Paşinyanla Vladimir Putinin görüşü, nəqliyyat kommunikasiyalarının açılması barədə müzakirə, həmçinin Paşinyanın “hərbi əsirlər” mövzusunu gündəmə gətirməsi, ardınca Rusiya Baş prokurorunun Ermənistana və Azərbaycana səfəri, Putinin İlham Əliyevə zəngi və müzakirə aparması və s. mümkün razılaşma olduğunu düşünməyə əsas verir. Buna görə də rus sülhməramlılarının rəhbəri Bakıya gəlib. Ancaq son anda Ermənistan hansı vədi yerinə yetirməyib ki, proses alınmayıb – bu haqda məlumat yoxdur. Ehtimallardan biri Ermənistanın Qarabağdakı minalanmış ərazilərin xəritəsini verməməsidir. Bu, kifayət qədər ağlabatan versiyadır. Fikrimcə, bu vəd verilib, konkret addım üçünsə vaxt istənilib. Azərbaycan isə Ermənistana güvənmədiyi üçün vədin dərhal yerinə yetirilməsini tələb edib.

Bu, əlbəttə, ehtimaldır. Çünki Ermənistanın necə etibarsız, sözündən qaçan və vədinə xilaf olduğunu Azərbaycan çox gözəl bilir. Ona görə də Muradova terrorçuları təhvil verib, sonra xəritə və yaxud hansısa vədin reallaşmasını gözləmək istəməyib və tamamilə doğru da edib”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top