Ceyhun Bayramov: İslam Əməkdaşlıq Təşkilatı daim Azərbaycanı dəstəkləyib

XARİCİ SİYASƏT 08 apr 2021, 20:39
"İslam Əməkdaşlıq Təşkilatı yanında Təmas Qrupunun üzvlərinin Azərbaycana səfərinin əsas məqsədi post-müharibə dövründə işğaldan azad edilmiş ərazilərindəki vəziyyətlə tanış olmaqdır".

Demokrat.az
xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Bin Əhməd Əl-Osayminlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, təşkilat daim Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Nazir qeyd edib ki, İƏT 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycana dəstək verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top