Rusiya “İskəndər-M”lə bağlı niyə rəsmi mövqe bildirmir? — AÇIQLAMA

QARABAĞ 07 apr 2021, 11:06
İşğaldan azad edilmiş Şuşa şəhərinə Rusiya istehsalı olan "İsgəndər"in atıldığını ANAMA-nın aprel 2-də yaydığı raket qalıqlarının fotoları sübut edir. Rusiyanın öz arsenalında olan bu raket növünün başqa dövlətə satılması və müharibə zamanı Şuşaya atılması təxribat xarakteri daşıyır.

Bəs Rusiya Federasiyası niyə bu məsələ ilə bağlı rəsmi mövqe bildirmir?

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa Pravda.az-a bildirib ki, bu məsələ araşdırılır və təbii ki, qəbuledilməzdir.

 

Deputatın sözlərinə görə, Şuşaya Rusiyaya məxsus olan "İsgəndər" raketinin atılması təxribat xarakterli addımdır.

Fazil Mustafa bildirib ki, ilk növbədə raketin necə və kim tərəfindən atılması dəqiqləşdirilməlidir: "Çünki dövlətlərarası münasibətlərdə müəyyən incə məqamlara diqqət yetirmək olduqca vacibdir. Hər hansı bir məsələdən münasibətlərin pozulması və ya kəsilməsi istiqamətindəki addım kimi istifadə edilməməlidir. Biz daha çox əməkdaşlıq istiqamətində addımlar atmağa meyl göstərməliyik. Hər halda bu məsələ ilə bağlı müəyyən işlər görüləcək və araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Eyni zamanda, bu işdə rolu olan bəlli qüvvələrə qarşı müəyyən mövqe ifadə olunmalıdır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top