Mənsum İbrahimov Rəmişin fotolarını paylaşdı

İNCƏSƏNƏT 05 apr 2021, 10:53
Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov uzun zamandır xəstəxanada müalicə olunan Xalq artisti Rafiq Hüseynovu (Rəmiş) ziyarət edib.

Demokrat.az
xəbər verir ki, bu barədə M. İbrahimov öz instaqram hesabında məlumat verib.

Muğam ustadı gitara ifaçısı ilə fotolarını paylaşaraq ona şəfa diləyib.

Qeyd edək ki, ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top