Metro açıldı, həftəsonları avtobus və şəhərlərarası nəqliyyat işləyir: Azərbaycanda yox, Gürcüstanda

DÜNYA 27 fev 2021, 15:13
Gürcüstanda koronavirusla bağlı qoyulan məhdudyyətlər nisbətən yumşalıdılıb.

Demokrat.az xəbər verir ki, bu gündən etibarən ölkədə artıq həftəsonları ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Həmçinin dəmir yolları da fəaliyyətini bərpa edib.

Baş nazir İrakli Qaribaşvili 24 fevralda karantin qaydalarının yumşaldılması barədə məlumat verib. 25 fevraldan etibarən şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti də bərpa olunub.

Şəhərdaxili metro, avtobus, miktoavtobuslar isə fəaliyyətini 8 fevralda bərpa edib. Ancaq 27 fevrala qədər həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa qüvvədə olub.

İctimai nəqliyyatda istilik sisteminin işə salınması hələ qadağandır.

Qeyd edək ki, Azərbaycanda hələ də metro bağlıdır, həftəsonları ictimai nəqliyyat işləmir, şəhərlər və rayonlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunmayıb.(cebhe.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top