Yevlaxda zəncirvari qəza — xəsarət alanlar var

HADİSƏ 24 fevral 2021, 20:51
Yevlax rayonunda üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Demokrat.az
xəbər verir ki, 2 VAZ və 1 "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə "Mercedes" markalı avtomobildə olan sərnişinlər, Füzuli rayon sakini, 1952-ci il təvəllüdlü Məhlüqə Həsənova və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Leyla Həşimova müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top