FHN vətəndaşlara çağırış etdi — VİDEO

SOSİAL 24 fev 2021, 19:33
Xəbər verildiyi kimi, dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Demokrat.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən köməksiz vəziyyətdə qalma, o cümlədən yolların buz bağlaması ilə əlaqədar baş verən avtonəqliyyat hadisələri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin qüvvələri tərəfindən müvafiq xilasetmə əməliyyatları həyata keçirilir.

Bir daha vətəndaşlara müraciət edərək piyada hərəkət edərkən və ya sükan arxasında ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top