Kadırovla foto baş naziri qəzəbləndirdi: "Təcili açıqlama ver"

DÜNYA 23 fev 2021, 00:06
Ukraynanın Baş naziri Denis Şmıqal köməkçisi və sənaye naziri Oleq Uruskiyə müraciət edərək, Çeçenistan başçısı Ramzan Kadırovla çəkdirdiyi fotoya görə izahat tələb edib.

Demokrat.az
xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

Köməkçisinin Kadırovla şəklini sosial şəbəkədə paylaşan Şmıqal qeyd edib: “Oleq Uruskidən təcili bir açıqlama gözləyirəm”.

“İnterfaks-Ukrayna” fotoşəkilin fevralın 21-də BƏƏ-də baş tutan Beynəlxalq Müdafiə Sərgisində çəkildiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top