Əfqanıstanda ABŞ HHQ-nin bazası atəşə tutuldu

DÜNYA 19 dek 2020, 19:20
Əfqanıstanın Pərvan əyalətindəki Bəhram yaşayış məntəqəsi yaxınlığında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin eynidadlı aviabazasına bu səhər dörd raket zərbəsi endirilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli “TOLO News” telekanalı məlumat verib.

Valinin sözçüsünün verdiyi məlumata görə, raketlər Kalandarxil rayonundan atılıb. Polis raket atəşlərinin həyata keçirildiyi kiçik platformada yerləşdirilmiş on BM-12 raketinin aşkarlandığını bildirib. Hüquq-mühafizə orqanları digər raketlərdən atəş açılmasının qarşısını ala bilib.

Eyni zamanda yerli “1TV News” telekanalı NATO nümayəndəsinin insidentin gerçəkliyini təsdiqlədiyini və ilkin məlumatlara görə, hücum nəticəsində heç kimin xəsarət almadığını söylədiyini bildirib.

Hələlik ölkədə fəaliyyət göstərən qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top