Ermənistan Xocavəndin kəndlərində itkin düşən hərbçilərinin sayını açıqladı

QARABAĞ 17 dek 2020, 10:53
Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərindəki son hərbi əməliyyat zamanı Ermənistanın təxminən 171 hərbi qulluqçusu itkin düşüb.

Bu barədə Ermənistan mətbuatında məlumat yer alıb.

Ermənistan rəhbərliyinin məlumatına görə isə, həmin ərazidə 73 erməni hərbçi itkin düşüb.

“Hadisənin ilk saatlarından etibarən Rusiya sülhməramlılarının dəstəyi ilə onlar haqqında hər hansı bir məlumat əldə etmək üçün təcili işlər aparılır”, - deyə məlumatda bildirilir.

Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general-polkovnik Onik Qasparyanın vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün Qarabağa gəldiyi qeyd olunur.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top