Ermənistanda koronavirusdan ölənlərin sayı 2 416-ya yüksəldi

DÜNYA 10 dek 2020, 11:32
Ermənistanda daha 1 174 nəfərdə koronavirus aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 145 240 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 2 416-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 606-ya yüksəlib. İndiyədək 121 882 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 20 336 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top