Azərbaycan banklarının xalis xarici aktivləri artıb

MALİYYƏ 28 noy 2020, 18:46
Bu il noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 15 mlrd 983 mln manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,9 % çox, ötən ilin analoji dövrü ilə müqayisədə isə 8,9 % azdır.

Bu ilin oktyabr ayında bankların xalis daxili aktivləri 10 mlrd 964,8 mln manat təşkil edib ki, bu da, sentyabr ayı ilə müqayisədə 0,2 %, illik müqayisədə isə 23,3 % çoxdur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top