“Çoxu mənim harada olduğumla maraqlanır” — Anna Akopyan

DÜNYA 13 noy 2020, 15:54

Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı, 13 qadınla bərabər Qarabağda döyüşmək üçün "Erato" adlanan silahlı dəstə yaradan Anna Akopyanın hazırda harada olduğu maraq doğurur. Bəzi mənbələr onun artıq İrəvanı tərk etdiyini bildirir.

 
Demokrat.az xəbər verir ki, Anna Akopyan barəsində söylənilənlərə cavab verib:

 

"Bilirəm ki, çoxu mənim harada olduğumla maraqlanır. Biz əvvəlki kimi öz mövqeyimizdəyik, bu mövqeni qorumaq bizə həvalə olunub, diversantları buradan buraxmamalı, zəruri halda onları zərərsizləşdirməliyik. Bilirəm ki, bunun qadın işi olmadığı deyilir, amma məhz indi qadınların ön cəbhəyə niyə getdiyi sualına cavab axtarmağın vaxtıdır".

 
Anna Akopyan bildirib ki, təyin olunmuş müddətdən sonra o da geri qayıdacaq və peşəkar hazırlığı davam etdirəcək:


"Ona görə ki, yenə zərurət yaranarsa, biz kişiləri təkcə mənəvi olaraq dəstəkləməyək, həm də onlarla bərabər vuruşa bilək".(cebhe.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top