Tovuz döyüşlərində yaralanan Masallının Sığıncaq kənd sakini əsgər Nurlan Quliyevin evi təmir olunub.
Demokrat.az xəbər verir ki, artıq Nurlan da evinə qayıdıb.
N. Quliyevin yaralarının çoxu sağalıb. O bildirib ki, bir neçə gündən sonra yenidən cəbhə bölgəsinə gedəcək.
Əsgərin əmisi Xalid Quliyev evi təmir edən bütün yardımsevərlərə təşəkkür edib.(cenub.az)