Avropa çempionu 400 kiloqramlıq ştanqı qaldırarkən dizləri sındı — VİDEO

İDMAN 14 avq 2020, 13:00

World Raw Powerlifting Federation təşkilatı tərəfindən Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında idmançı xəstəxanalıq olub.


Demokrat.az xəbər verir ki, rusiyalı Avropa çempionu Aleksandr Sedıx 400 kq çəkini qaldıran zaman dizləri təzyiqə tab gətirməyərək sınıb.


İdmançı dərhal xəstəxanaya çatdırılıb. Xəsarət alanın sözlərinə görə, o, iki ay yataq rejimində qalmalıdır.


Qeyd edək ki, ötən il 20 yaşlı Yaroslav Radoşkeviç Rusiyadakı Avrasiya çempionatında 250 kq çəkini qaldırarkən karyerasını sonlandıran zədə ilə üzləşmişdi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top