“Azəriqaz” məhkəməyə verildi

SOSİAL 04 avqust 2020, 13:53

Ağcabədi rayon sakini Gülsarə Əliyeva “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb “Azəriqaz”ın məsul əməkdaşlarının Gülsarə Əliyevanın yaşadığı Ağcabədi rayonu, Aşağı Avşar kəndində olan sayğaca əlavə pulun yazılması olub.


Gülsarə Əliyeva qeyd edib ki, ailsi ilə birlikdə Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayırlar.


İstifadə etdikləri qaz sayğacı onun adınadır.


“Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsi 3163197 saylı akta əsasən adına olan qaz sayğacı ilə bağlı 2931.74 manat məbləğində edib.


Cərimənin əsası kimi sayğacda zavod qurğuşun plombun aşkar olunmaması qeyd edilib: 


“Nə mənim, nədə ki, ailə üzvlərim tərəfindən sayğaca heç-bir müdaxil edilməmişik. Sayğac evin hasarından kənarda quraşdırılıb.


Buna baxmayaraq cavabdeh tərəfindən cərimə edilmişəm. Bu barədə Ağcabədi rayon İcra Hakimiyyətinə də müraciət etmişım. Cavabdeh təşkilat məsələni düzgün araşdırmadan, baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq mənim üzərimə qoyub”.


İddiaçı əlavə olaraq göstərib ki, istifadə etdikləri təbii qazın pulunu vaxtında ödəyiblər və bununla bağlı borcları olmayıb: 


“Har ayın sonunda nəzarətçi gəlib sayğaca baxış keçirərək bildiriş verib, həmin bildiriş əsasında işlətdiyimiz təbii qazın pulunu ödəmişik. İstifadə etdiyimiz qazın dəyərinin ödənilməsi barədə növbəti bildirişi alarkən 2931.74 tnanat borcumuzun olduğunu öyrəndik. Bu barədə nəzarətçidən soruşduqda, bildirdi ki, sayğaca müdaxilə etdiyimzə görə akt tərtib edilib, istifadə etdiyimiz təbii qaza görə borclarının yarandığı müəyyən edilib və həmin məbləği ödəməlidirlər. Nəzarətçi tərəfindən sayğac sökülüb və yenisi ilə əvəz olunub. Bu işlər görülərkən və akt tərtib olunarkən iştirakım təmin olunmayıb.


Bir müddət sonra isə heç bir rəsmi xəbərdarlıq olunmadan, mənim izahatım alınmadan akt əsasında müəyyən olunmuş cərimə adıma yazılmış abonentin saldosuna daxil edilib. Evi təbii qazla təmin edən qaz sayğacı evdə deyil, çöldə quraşdırılıb. Evdən kənarda quraşdırılan sayğacla bağlı yaranan problemə görə o və ailə üzvləri cavabdehlik daşımırlar. Bundan əlavə onlar tərəfindən sayğaca heç bir müdaxilə edilməyib və bundan söhbət gedə bilməz. Bundan sonra yazılmış aktın surətini tələb edib və aktla tanış olarkən, bizə məlum olub ki, 20 iyun 2018-ci il tarixdə cavabdehin əməkdaşları mənim barəmdə 0163781 nömrəli akt tərtib ediblər. Cavabdehin əməkdaşları tərəfindən 20 iyun 2018-ci il tarixdə tərtib edilmiş 0163781 nömrəli akt yalnız işin nəticəsi ilə maraqlı olan cavabdehin nümayəndələrinin iştirakı ilə, mənim və ya ailə üzvlərimin iştirakı olmadan, bizə bildirilmədən tərtib olunub, baxış keçirilərkən və akt tərtib edilərkən orada iştirak etdiyi və aktı imzalamaqdan imtina etdiyim göstərilib”.


Ağcabədi rayon Məhkəməsində hakim Etibar Quliyev iddia ərizəsinə araşdırandan sonra qətnamə çıxarıb.


Qətanaməyə əsasən, iddiaçı Gülsarə Əliyevaya yazılan cərimədən 1819.84 manat borc silinib. Yerdə qalan borcun ödənilməsi barədə qətnamə çıxarılıb.


Bu qətnamədən narazı qalan cavahdeh “Azəriqaz” İstehlata Birliyi apelyasiya şikayəti verib. “Azəriqaz” Ağcabədi rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını istəyib.


“Azəriqaz”ın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.


Hakim Tale Kərimovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda yeni qətnamə çıxarılıb.


“Azəriqaz”ın şikayəti təmin edilməyib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 noyabr 2024, 09:15
Top