Dənizdə batanlardan biri tanınmış şairin oğludur

HADİSƏ 01 avqust 2020, 13:53

Xəbər verdiyimiz kimi, dünən Sumqayıtda dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat yayılıb.  


Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib. Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Vəliyev Pərvizin axtarışları isə davam etdirilir. 


Demokrat.az xəbər verir ki, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur. 


Bu barədə yazıçı Şərif Ağayar sosial şəbəkədə məlumat verib:


“Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı”. 


Qeyd edək ki, şair 2013-cü ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top