Azərbaycanda karantin rejimi bu müddətdən sonra yumşaldılacaq — Həkim açıqladı

SOSİAL 24 iyul 2020, 08:30

Ölkəmizdə yeni növ koronavirus olan “COVİD-19”la mübarizə istiqamətində tədbiq edilən karantin rejiminin müddəti növbəti dəfə uzadılıb.


Sərt karantin rejimi avqustun 5-dək davam edəcək. Ekspertlər bunun insan sağlamlığı üçün zəruri olduğunu deyirlər.


Pulmonoloq Günay Əliyeva “Sherg.az”a açıqlamasında vəziyyətin tədricən düzələcəyini bildirib:


“Məncə, karantin rejiminin yenidən uzadılması yerində verilmiş qərardır. Bunu rəqəmlərdən də görmək olar. Bir az da səbr etməliyik.. İnsanlar artıq daha məsuliyyətli olmağa başlayıb. Müşahidələrim onu deməyə əsas verir ki, indi vətəndaşlar şüurlu şəkildə təhlükəni başa düşür və qaydalara əməl edirlər. Düşünürəm ki, sentyabrdan etibarən yumşalmalara gedəcəyik”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyun 2025, 10:13
Top