Şahin Abdulla oğlu Mustafayev “Şöhrət” ordeni ilə təltif edilib.
Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev iyunun 12-də bununla bağlı sərəncam imzalayıb.
Ş.Mustafayev Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Ş.Mustafayevin sabah 55 yaşı tamam olur.