Bill Qeyts əsas hədəfini açıqladı

DÜNYA 05 iyn 2020, 10:40

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts koronavirus pandemiyası zamanı əsl hədəfinin nə olduğunu açıqlayıb. Onun sözlərinə görə, əsas məqsədi infeksiyaya qarşı peyvəndi dünyada yaymaqdır.


Demokrat.az-ın məlumatına görə, bu barədə BBC xəbər yayıb.


Milyarder bildirib ki, GAVI-nin (“Bill and Melinda Gates” Fondu tərəfindən dəstəklənən Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans) məqsədi 7,4 milyard dollar toplamaqdır:


“GAVI koronavirus peyvəndini inkişaf etməkdə olan ölkələrə çatdırmaqla məşğul olacaq”.


Qeytsin sözlərinə görə, ilk peyvənd epidemiyanın davam etdiyi ölkələrin həkimlərinə, onlardan sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına və təcili yardım xidmətlərinə verilməlidir:


“Əgər onların qorunması təmin edilərsə, qalan insanlara keçmək olar... Bunu bütün dünya miqyasında etmək lazımdır”.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 apr 2024, 11:50
Top