Azərbaycan diasporunun rəhbəri koronavirusa yoluxdu

HADİSƏ 26 mar 2020, 23:55

Fransadakı Azərbaycanın Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın koronavirusa yoluxduğu barədə məlumat yayılıb.


Modern.az xəbər verir ki, bu barədə Fransada yaşayan azərbaycanlı Elnur Məcidli sosial şəbəkədə bildirib.


Məlumata görə, M.Fətəliyeva bir neçə gün əvvəl Paris ətrafındakı xəstəxanada yoxlamadan keçib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb.


Hazırda M.Fətəliyevanın səhhətinin normal olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top