“Seçicilərin tələbləri çoxdur, onlar seçkiqabağı təşviqat kampaniyasında bir sıra məsələlər qaldırıblar, biz də həmin problemlərin həll edilməsi üçün əlimizdən gələni edəcəyimizə söz vermişik”.
Bunu Pravda.az-a açıqlamasında 123 saylı seçki dairəsindən deputat seçilən Aqil Məmmədov deyib.
Deputat qeyd edib ki, müəyyən çatışmazlıqların olmasını etiraz etmək lazımdır: “Zamanla bütün problemlər aradan qaldırılacaq. “Uşaqpulu” məsələsi gündəmdədir. Ümid edirik ki, müvafiq qurumlar bu məsələyə bir də baxacaqlar”.
Qeyd: A.Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olub.