Bakı şəhərinin Qaradağ rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, rayon ərazisində "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.