İmişlidə ağır qəza baş verdi — ölən və yaralananlar var

HADİSƏ 14 fevral 2020, 22:36

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Şahverdili kəndi ərazisində qeydə alınıb.


Qəza nəticəsində Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlu dünyasını dəyişib. Avtomobildə olan 14 yaşlı Məhəmməd adlı yeniyetmə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişin 1996-cı il təvəllüdlü Məmmədov İbrahim Etibar oğlu yüngül xəsarət alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.


Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 14:48
12 iyul 2025, 13:38
Top