Kim Çen İn hamama gedən məmuru güllələtdirdi — SƏBƏB?

DÜNYA 14 fevral 2020, 13:41

Şimali Koreyanın başçısı Kim Çen İn Çinə səfər edən ticarət nazirliyinin yüksək vəzifəli şəxsi koronavirüs şübhəsi ilə karantinə alınmasına dair əmr imzalayıb.


Demokrat.az xəbər verir ki, Kim Çen İn əmrini pozan vəzifəli şəxs karantində ola-ola hamama getdiyi üçün onu həbs etdirib. 


Məhkəmənin qərarı ilə Kim Çen İnin əmrini pozan məmur dünən güllələnərək öldürülüb. 


Qeyd edək ki, Koreya İşçi Partiyası Mərkəzi Komitəsi tərəfindən ölkədə Fövqəladə Epidemiya Qərargahı yaradılıb. Anti-epidemiya intizamına riayət etməyən şəxslərin həbs olunaraq güllələnəcəyi açıqlanıb. Artıq ölkənin mərkəzi, əyalət, şəhər və mahallarında təcili epidemiya əleyhinə qərargahlar yaradılıb.


Məqsəd, dövlətin təhlükəsizliyi və insanları yeni koronavirus infeksiyasını yoxlamaqdan qorumaqdır. Sürətlə yayılan virusun öhdəsindən gəlmək üçün tam hazırlıq görməkdir.(unikal.org)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 14:23
Top