Paytaxt yollarında sürət həddi endirildi

SOSİAL 14 fevral 2020, 11:44

Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb. 


Demokrat.az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 


Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.


Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top