İqtisadiyyat Özəl

Kirayə haqqını kartla ödəyənlərə xəbərdarlıq — Açıqlama

Kirayə haqqını kartla ödəyənlərə xəbərdarlıq — Açıqlama

Kirayə münasibətlərində ödənişlərin bank vasitəsilə həyata keçirilməsi son dövrlərdə daha geniş yayılıb. Bu zaman həm kirayəçi, həm də ev sahibi üçün vergi öhdəliklərinin necə yarandığı və ödənişlərin hansı qaydada rəsmiləşdirilməli olduğu maraq doğurur.

Əgər kirayəçi müqavilədə göstərilən məbləği ev sahibinə bank kartı vasitəsilə köçürürsə, bu halda faiz vergisi hansı qaydada ödənilməlidir?

Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında deyib ki, bank kartı vasitəsilə ödəniş həyata keçirildiyi zaman, məsələn, həmin şəxsin kart üzrə müəyyən edilmiş limiti artıq bitibsə və ya digər ödənişlər həyata keçirilibsə, bu halda məsələyə fərqli yanaşmaq lazım gəlir.

Onun sözlərinə görə, ümumiyyətlə, bu cür ödənişlərin, xüsusilə də komissiya və digər xidmət haqlarının köçürülməsi bank hesabı vasitəsilə həyata keçirilməlidir:

“POS-terminal vasitəsilə ödəniş məsələsi isə burada bir qədər fərqlidir. Çünki belə hallarda POS-terminaldan istifadə imkanları və ödənişin hansı formada qəbul edilməsi müəyyən şərtlərdən asılı olur. Amma bank vasitəsilə hesabdan-hesaba köçürmə həyata keçirilirsə, həmin ödənişin vergiyə cəlb olunması məsələsi artıq konkret olaraq ödənişin mahiyyətindən və tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən asılıdır.

Yəni bank kartı ilə və ya bank hesabı vasitəsilə pulun köçürülməsi öz-özlüyündə verginin avtomatik tutulması demək deyil. Burada əsas məsələ həmin ödənişin nə üçün edilməsi, tərəflər arasında hansı hüquqi münasibətin olması və müqavilədə bunun necə tənzimlənməsidir. Əgər söhbət müqavilə əsasında həyata keçirilən ödənişdən gedirsə, vergi məsələləri də həmin münasibətin hüquqi mahiyyətinə və qanunvericiliyin tələblərinə uyğun müəyyənləşdirilir. Bu baxımdan, ödənişin bank kartı ilə edilməsi ilə bank hesabı vasitəsilə həyata keçirilməsi arasında texniki fərq olsa da, vergi öhdəliyinin yaranıb-yaranmamasını müəyyən edən əsas amil ödənişin mahiyyəti və müqavilə münasibətləridir. Müqavilədə tərəflərin öhdəlikləri, ödənişin məbləği və onun hansı formada həyata keçirilməsi dəqiq göstərilməlidir”.

Fidan Hacızadə

D
demokrat.az