Türkiyənin Elazığ və Malatya bölgəsində baş verən zəlzələdən sonra küçəyə axışan insanların panika anı video lentə düşüb.
Demokrat.az xəbər verir ki, Elazığdakı nişan mərasimi keçirilən zaman zəlzələ baş verib. İnsanların xoşbəxt gününü kabusa çevirən zəlzələni kamera anbaan lentə alıb. Onlarla insan restorandan qorxu içində qaçmağa çalışıblar. Şoka düşən insanları isə yaxınları təsəlli edib.
Marketlərin birinin kameralarına düşən görüntülərdə isə rəflər üzü aşağı çevrilərək, məhsullar yerə səpələnib. (Ölkə.az)