Rusiyada məhkəmə binasında atışma olub.
Demokrat.az xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Kemerovo vilayətində, Novokuzneçkdə baş verib.
Hadisə zamanı 2 nəfər – bir qadın və bir kişi xəsarət alıb. “Kişi təcili yardım maşınında ölüb.
O, ağır vəziyyətdə idi”, - hüquq mühafizə orqanlarından bildirilib.