Nərminin qatili tapılıb? — DİN-dən yayılan məlumata reaksiya

GÜNDƏM 10 yan 2020, 12:11

Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qatili tapılıb.

 

Demokrat.az xəbər verir ki, qatil Nərmin Quliyevanın qonşuluğunda yaşayır və ailəni yaxından tanıyır. Nərminin meyitini aşkar edən də həmin şəxs olub. 

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə Yenisabah.az-a bildirib ki, qatil saxlanılacağı təqdirdə ictimaiyyətə geniş açıqlama veriləcək.

 

“Bilmirəm kim nə yazır, nə deyir, amma belə bir şey olsa ictimaiyyətə rəsmi məlumat veriləcək”, - deyə Ehsan Zahidov vurğulayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top