“Fransa ilə ağır oyun olacağını düşünürəm. Ayxan Abbasovun gəlişindən sonra Ukrayna ilə oyunda millinin əzmkarlığı, komanda ruhu açıq-aşkar göründü. Düşünürəm ki, Fransa ilə oyunda da Ayxan Abbasov futbolçuları bu istiqamətdə hazırlamağı bacaracaq. Amma futbolun da belə bir qaydası var ki, nə qədər əzmkar oynasan da, ustalıq səviyyəsi başqadır”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış futbol eksperti Aslan Kərimov deyib. O bildirib ki, Fransa ilə bizim aramızda çox fərq var və bu matçda tək əzmkarlıq bəs etməyəcək:
“8:0, 10:0 kimi hesabların olacağına inanmıram. İlk dəqiqələrdə buraxacağımız qollardan çox şey asılıdır. Oyunçların psixoloji olaraq bu cür situasiyalara hazır olması lazımdır. İlk dəqiqələrdə buraxılan qollar komandaya mənfi təsir edir, sonra yenə qollar buraxılır. Amma düşünürəm ki, belə olmayacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az