Üzeyir Hacıbəyli festivalı çərçivəsində “Şah İsmayıl” operası nümayiş olunub — FOTOLAR

MƏDƏNİYYƏT 21 sentyabr 2025, 14:23
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın ilk peşəkar opera dirijoru, görkəmli bəstəkar Müslüm Maqomayevin (1885-1937) 140 illiyi münasibətilə onun “Şah İsmayıl” operası nümayiş etdirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının hazırladığı tamaşa Dövlət Akademik Musiqili Teatrında nümayiş olunub.

Üçpərdəli səhnə əsərində Əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), Fəridə Məmmədova (Gülzar), Tural Ağasıyev (İbn Tahir), Əliahməd İbrahimov (Əbu Həmzə), eləcə də Taleh Yahyayev (Aslan şah), Aytən Məhərrəmova (Ərəbzəngi), Fəhmin Əhmədli (Vəzir), Nəzər Bəylərov (Rəmmal), Mütəllim Dəmirov (Çapqınçı), Mirəli Sarızadə (Züvvar) və Nazim Mahmudov (Qoca Ərəb) çıxış ediblər.

Tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xor rəhbəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Xalq artisti Ağababa Bünyatzadə, quruluşçu rəssamı Əməkdar rəssam Ənvər Almaszadə, baletmeysteri isə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Almaszadədir.

Müslüm Maqomayevin bu ölməz əsəri tamaşaçılar tərəfindən böyük maraq və gur alqışlarla qarşılanıb.









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2025, 14:31
21 sentyabr 2025, 12:57
21 sentyabr 2025, 12:37
Top