Kamçatkada daha bir güclü zəlzələ baş verdi

DÜNYA 20 sentyabr 2025, 09:30
Kamçatkada 5.8 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Oxu.Az bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadla xəbər verir.

Bildirilir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 94 km məsafədə, Sakit okean akvatoriyasında yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, sentyabrın 19-da Kamçatkanın şərq sahillərində 7.8 maqnitudalı zəlzələ baş verib. Bundan sonra gün ərzində 5 və 5.5 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2025, 10:33
19 sentyabr 2025, 23:54
Top