Şeyxin yaxın adamının şirkəti cərimələndi

SOSİAL 10 dek 2019, 21:06

Dövlət Əmək Müfəttişliyi Xidməti "Ceyhun-3” İstehsalat Kommersiya Firması barədə inzibati protokol tərtib edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci  (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək, 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

 

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, ""Ceyhun-3” İstehsalat Kommersiya Firması çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olur. Şirkətin rəhbəri Hacı İlyas Əliyevlə bağlı mətbuatda neqativ məlumatlar dərc olunub. Hacı İlyasın Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin yaxın adamı olduğu bildirilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top