Bakıda avtomobil motosikletlə toqquşub: Ölən var

HADİSƏ 27 avqust 2025, 09:18
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, Neftçilər prospekti, 83 ünvanında 2004-cü il təvəllüdlü Əlvan Heybət oğlu İsmayılov idarə etdiyi "Hongqi" markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Yəhya Fuad oğlu Zeynalzadəni vurub.

Motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top