Bakının Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
Demokrat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.