“Mən bilirəm ki, o Zəngəzur dəhlizi nədir, heç kim buna qarşı çıxa bilməz” — Lukaşenko

DÜNYA 23 avqust 2025, 10:58
“Mən onu (ABŞ prezidenti Donald Trampı-red.) Ermənistan və Azərbaycan arasında (sülh sazişinin ilkin imzalanması-red.) münasibətilə təbrik etdim”.

Demokrat.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Belarus prezidenti bildirib ki, bununla belə, bu, böyük bir üstünlükdür.

“Mən ona deyirəm: “Əhsən sənə ki, imkan tapdın, erməniləri və azərbaycanlıları danışıqlar masası arxasına oturtdun ki, belə bir saziş imzalasınlar”. Və mən bilirəm ki, o Zəngəzur dəhlizi nədir. Azərbaycanla əlaqənin qurulması çox vacib idi. Onlar ayağa qalxdılar və bəyan etdilər ki, demək olar bütün bunların sahibi və nəzarətçisi məhz özləridir.

Bu, böyük işdir. Əlbəttə, əslində bu, o qədər də iranlıların (ürəyincə deyil-red.), (çünki) İranla sərhəddə yerləşir. Amma heç kim buna qarşı çıxa bilməz. Bu, sülh sazişidir, onlar həmin dəhlizin Ermənistan ərazisindən keçməklə qurulmasına kömək edəcəklər, Azərbaycan öz regionu ilə yalnız hava yolu ilə deyil, həm də quru yolla əlaqə yaradacaq. O, (Tramp-red.) buna layiqdir və mən onu təbrik etdim”, - deyə Lukaşenko qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top