Azərbaycanın vergi qanunvericiliyində qeyri-sahibkarlıqdan gəlir, o cümlədən kriptovalyuta üzrə əməliyyatlardan gəlirlərin vergiyə cəlb olunması ilə bağlı mexanizm mövcuddur və kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi ödəməlidir. Lakin bir çox hallarda onları prosesə cəlb etməkdə çətinliklər yaranır.
Bu barədə Demokrat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, istənilən sahədə gəlir əldə edən şəxslər mütləq vergi verməlidir:

“İstər kriptovalyutadan qazan, istər səhm ticarətindən qazan və s. Qanunvericilik belədir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olursansa, fiziki şəxssənsə, 20 faiz vergi verirsən. Qeyri-sahibkarlıq fəaliyyətinin gəlirləri üzrə isə 14 faiz vergi verilir.
Kriptovalyuta ilə məşğul olanlar da gəlir vergisi verməlidirlər. Vergi Məcəlləsində hansısa güzəştlər varsa, o güzəştlərdən faydalana bilərlər. O güzəştlər də müddətli olur. Məsələn, istiqraz gəlirlərindən müəyyən müddətlik vergidən azad edir hökumət, o müddət bitdikdən sonra yenidən vergi ödənilməlidir. Əgər hər hansı güzəşt nəzərdə tutulmayıbsa, fəaliyyətin adından asılı olmayaraq, vergi verilməlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az