Tələbələr məcburi sürücülük və üzgüçülük kursuna göndərilsin — Deputatdan TƏKLİF

SOSİAL 19 avqust 2025, 15:08
“Mən hesab etmirəm ki, Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır. 30 ildir ali məktəblərdə dərs deyirəm, indiyə qədər 3700 tələbəm olub. Keçmiş tələbələrimdən ikisi səfirdir, nazir müavini, müxtəlif səviyyələrdə işləyənlər var. Mən hər nəsildən-nəsilə təhsilin keyfiyyətinin dəyişdiyini görürəm. Pessimistlərdən fərqli olaraq, mən hesab edirəm ki, Azərbaycan təhsilində inkişaf var”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, təhsildə müəyyən dəyişikliklər edilməlidir:

“Birincisi, gənclərin dil öyrənməyə marağını artırmaq, həm orta, həm də ali məktəblərdə xarici dil fənlərinə daha çox yer vermək lazımdır. Ali məktəblərdə ayrı-ayrı sektorlar ləğv olunaraq ümumi bir bölmə olmalıdır. Həmçinin, gənclərə ixtisasından asılı olmayaraq, tarix və ədəbiyyat bilgiləri dərindən öyrədilməlidir. Bütün ali məktəb tələbələrini məcburi sürətdə sürücülük və üzgüçülük kurslarına göndərmək lazımdır. Hər il nə qədər gənc suda həyatını itirir, valideynləri onlar üçün üzgüçülüyü əsas saysaydılar, bu itkilər olmazdı”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avqust 2025, 16:35
Top