“Ukrayna ərazisində artıq ikinci dəfədir ki, Azərbaycana məxsus neft və qaz obyektləri Rusiya tərəfindən hücuma məruz qalır”.
Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, bu kimi halların təsadüfi deyil, məqsədli şəkildə həyata keçirildiyi açıq görünür:
“Rusiya hərbi qüvvələri həmin obyektlərin Azərbaycana məxsus olduğunu dəqiq bilir. Bu cür hücumlarla Bakıya müəyyən mesajlar verməyə çalışır. Bu mesaj ondan ibarətdir ki, Rusiya, hazırda müharibə apardığı Ukrayna ilə Azərbaycanın iqtisadi əməkdaşlığını öz maraqlarına zidd hesab edir. Lakin məsələ bununla bitmir. Rusiya hesab edir ki, Azərbaycan hələ də bərabər hüquqlu tərəfdaş deyil, ona qarşı istənilən addımı ata bilər və Bakı buna susqun yanaşmalıdır. Bu isə artıq iki müstəqil dövlətin qarşılıqlı hörmətə əsaslanan münasibəti deyil, imperialist yanaşmanın təzahürüdür. Rusiya, post-sovet məkanında özünü hələ də “jandarma” kimi aparmağa davam edir və Azərbaycanın müstəqil qərar qəbul etmək imkanlarını qəbul etmək istəmir. Halbuki, bölgədə mövcud olan yeni geosiyasi reallıq məhz Azərbaycanın qətiyyətli və müstəqil hərbi-siyasi qərarlarının nəticəsində formalaşıb”.
Leyla Turan
Demokrat.az