“Kriptovalyuta daxil olmaqla, virtual pulların və istiqrazların satışından əldə edilən gəlirlər artıq xeyli müddətdir ki, Vergi Məcəlləsinə əsasən, vergiyə cəlb edilib. Ümumiyyətlə, Vergi Məcəlləsinə əsasən əldə edilən gəlir 14 faizlik vergiyə cəlb edilir. Bu, uzun müddətdir ki, tətbiq olunur. Bir sıra hallarda istisnalar var. Mikrosahibkarlar üçün müəyyən güzəştlər tətbiq olunur. Bütün ölkələrdə gəlirin vergiyə cəlb edilməsi praktikası var”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, kriptovalyutalardan istifadə indiki halda qlobal maliyyə bazarında əsas istiqamətlərdən biridir:

“Xüsusən də, virtual pullardan istifadə edən ölkələrin sayında artım var. Bu baxımdan, Mərkəzi Bank da bu istiqamətdə ilkin qiymətləndirmə layihələrinə start verib. Burada əsas məqam vergidən yayınmanın qarşısını almaqdır. Bütövlükdə, kriptovalyuta daxil olmaqla, virtual pullardan və istiqrazlardan istifadə davam edəcək. Azərbaycan vətəndaşları da bu cür imkanlardan faydalanırlar. Bir sıra hallarda onların bu əməliyyatlara cəlb edilməsində çətinliklər var. Gözlənti ondan ibarətdir ki, vergiyə baxmayaraq, Azərbaycanda virtual pullara marağın artması müşahidə olunacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az