Bu ölkədə spirtli içkidən 5 mindən çox insan ölüb — DƏHŞƏTLİ STATİSTİKA

DÜNYA 07 dekabr 2019, 20:52

2019-cu ildə Rusiyada 5 mindən çox insan spirtli  içkilərdən zəhərlənmə nəticəsində ölüb.


Demokrat.az xəbər verir ki, bu haqda Rusiya Alkoqolla Mübarizə Mərkəzinin açıqlamasında bildirilib.  


Rəsmi statistikaya görə 2018-ci illə müqayisədə 2019-cu ildə spirtli içkilərdən ölənlərin sayında 100 faiz artım olub. 


Əlavə edilib ki, spirtli içkilər səbəbindən dünyasını dəyişənlərin çoxu soyu iqlim şəraiti olan bölgələrin payına düşür. 


Xatırladaq ki, Rusiya alkoqol və spirtli içkilərə qarşı ciddi tədbirlər həyata keçirir və bu dövlət siyasətinin tərkib hissəsidir. Prezident Putin tərəfindən başladılan bu kampaniya nəticəsində 5 ildir azalan spirtli içkilər və tütündən istifadə 2019-cu ildə artıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top