Türkiyə Azərbaycan və Ermənistan liderlərinin razılaşmasını alqışlayır

GÜNDƏM 09 avqust 2025, 01:27
"Beynəlxalq qarşıdurmaların və böhranların getdikcə şiddətləndiyi bir vaxtda atılan bu addım regional sülh və sabitlik üçün olduqca əhəmiyyətli bir hadisədir".

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmanı şərh edərkən bildirilib.

Nazirlik Vaşinqtonda imzalanan sənədlərdən məmnunluğunu ifadə edib.

Bəyanatda Cənubi Qafqaza sülh və firavanlıq gətirmək üçün tarixi fürsətdən istifadə edildiyi vurğulanıb, Türkiyənin bu fürsətin reallaşdırılması səylərinə töhfə verməyə davam edəcəyi və Azərbaycanın fədakar səylərini dəstəkləyəcəyi qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top