
Ağ Evin mətbuat katibinin müavini Anna Kellin ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir ki, Anna Kellin bu üçlü görüşün ABŞ-ə Qafqazda Trampın adını daşıyacaq tranzit dəhlizinin inkişafı üçün eksklüziv çıxış imkanı verəcəyini söyləyib.
O, bildirib həmçinin dəhliz Ermənistanın və onun xalqının suverenliyinə, ərazi bütövlüyünə hörmət etməklə iki ölkə arasında maneəsiz səyahəti təmin edəcək.
Yüksək səviyyəli administrasiya rəsmisi onu da əlavə edib ki, dəhlizlə bağlı Birləşmiş Ştatlar torpaq sahəsini, tikinti və idarəetmə üçün məsul olan konsorsiuma icarəyə verəcək.
“Yaxın aylarda yol xəritəsini tam şəkildə həyata keçirmək üçün işçi qrupları dərhal işə başlayacaq. Sülhə aparan bu yolu təmin etməklə biz Cənubi Qafqazın ticarət, tranzit və enerji axınları üçün böyük potensialını açmış oluruq", - deyə Kellin bildirib.
O, vurğulayıb ki, Tramp ABŞ-ə həm Azərbaycan, həm də Ermənistanla, eləcə də bu regionla əlaqələr üçün yeni imkanlar açacaq. Eləcə də Amerika iqtisadiyyatına fayda verəcək sazişlər imzalayacaq.