Eldar Şenqelaya vəfat etdi

SOSİAL 04 avqust 2025, 10:30
Tanınmış gürcü kinorejissoru Eldar Şenqelaya 92 yaşında Gürcüstanda vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə Nato Vaçnadze Fondu məlumat yayıb. 

Hələlik ölüm səbəbi və dəfn tarixi barədə məlumat verilmir.
 
Qeyd edək ki, Şenqelaya 26 yanvar 1933-cü ildə Tbilisidə anadan olub, burada rejissorluq təhsili alıb. Təhsilini bitirdikdən sonra “Mosfilm” kinostudiyasında işləyib.

Karyerası ərzində o, “Mavi dağlar və ya qeyri-mümkün hekayə” və “Cekass” da daxil olmaqla ondan çox film çəkməyi bacarıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top