Səsyazısı yayılan direktor Fuad Muradovun qayınanası imiş — DETALLAR

GÜNDƏM 01 avqust 2025, 09:21
Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səsyazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılacaq.

Demokrat.az  ajans.az-a istinadla xəbər verir ki, bu  barədə BŞTİ-dən məlumat verilib.

Xəbər verdiyimiz kimi, sözügedən məktəbin ingilis dili müəlliməsi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və “bura donuzxanadır” kimi ifadələr işlədib. Sezar pizza

Qeyd edək ki, Zemfira Məsiyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qaynanasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top