“Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir”.
Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən bildirilib. Məlumata görə, aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub, bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir:
“Mədəniyyət Nazirliyi vurğulayır ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir”.
Xatırladaq ki, Allahverdi Yolçuyev küçədə corab satdığını açıqlayıb. Onun bu vəziyyəti sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Cavidan Mirzəzadə
Demokrat.az